BİZNES

Aksiz markası olmayan siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
18 OKTYABR
114

Aksiz markası olmayan siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

2018-10-18 12:07:00

Aksiz markası olmayan siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan vətəndaşına məxsus “Mercedes Benz” markalı avtomobil saxlanılıb. İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 10 min ədəd aksiz markasız, üzərində “King” yazısı olan siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255