BİZNES

"Dünya İqtisadi Forumunun yeni hesabatında Azərbaycanın mövqeyi nikbinlik doğurur"
17 OKTYABR
171

"Dünya İqtisadi Forumunun yeni hesabatında Azərbaycanın mövqeyi nikbinlik doğurur"

2018-10-17 18:43:00

Fins.az xəbər verir ki, bunu trend-ə iqtisadçı ekspert, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

M.İbrahimov bildirib ki, reytinqdə böyük dəyişikliklər baş verib. Əsas dəyişikliklər ölkənin vəziyyətini, rəqabətqabiliyyətliliyini və biznes mühitini məhz qlobal dəyişikliklər və çağırışlar kontekstində təsvir etməkdən ibarətdir:

"Bu vəziyyətdə ölkənin bu gün institusional mühiti necə qurduğu aydın görünür. Bu, ilk növbədə, sosial siyasəti, biznes mühitinin qurulmasını, ümumilikdə sosial-iqtisadi sistemin vəziyyətini özündə ehtiva edir. Sevindirici haldır ki, Azərbaycan hökumətinin reallaşdırdığı işlər müsbət rol oynayıb. Ölkənin bu reytinqdəki mövqeyi yalnız nikbinlik doğurur".

Ekspertin qənaətincə, yenilənmiş reytinqin xüsusiyyətlərindən biri odur ki, burada bütün indikatorlar bir-biri ilə sıx əlaqəlidir:

"Hər indikator digər indikatora yönəlir. Mən deyərdim ki, bu reytinqə daxil edilən bütün indikatorlar yeni yanaşmaya əsaslanır. Bu, ölkənin qlobal şoklara dözümlü mühit yaratdığı vaxtda iqtisadiyyatın inklüziv artımıdır. İnklüziv artımdan danışarkən, demək olar, milli iqtisadiyyat və iqtisadi sektorlar üzrə strateji yol xəritələrinin reallaşdırılması sayəsində biz müəyyən mənada hadisələri qabaqlamışıq. Azərbaycan dayanıqlı iqtisadi inkişaf siyasətini davam etdirir və ölkədə iqtisadi islahatların davam etdirilməsi üçün möhkəm baza yaradılıb".

Qeyd edək ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil "4.0" kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019" yeni dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250