BİZNES

Azərbaycan 2017-ci ildə Qırğızıstan iqtisadiyyatına 18,8 milyon dollar sərmayə qoyub
17 OKTYABR
94

Azərbaycan 2017-ci ildə Qırğızıstan iqtisadiyyatına 18,8 milyon dollar sərmayə qoyub

2018-10-17 12:33:00

2017-ci ilin yekunlarına görə, Azərbaycan Qırğızıstan iqtisadiyyatına 18,8 milyon dollar sərmayə qoyub.

Fins.az  “Tazabek” portalına istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasındakı çıxışında bildirib.

Nazir müavini diqqətə çatdırıb ki, Qırğızıstan, öz növbəsində, 2017-ci ildə Azərbaycan iqtisadiyyatına 2 milyon dollara yaxın sərmayə qoyub. “Ölkələrimiz arasında kənd təsərrüfatı üzrə əməkdaşlıq yaxşı inkişaf edir”, -deyə S.Məmmədov vurğulayıb.

İqtisadiyyat nazirinin müavini əlavə edib ki, iki ölkə arasında turizm potensialını gücləndirmək məqsədilə birgə müəssisənin yaradılması zəruridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250