BİZNES

Ölkədə 57761,9 milyon manatlıq ÜDM istehsal edilib
17 OKTYABR
104

Ölkədə 57761,9 milyon manatlıq ÜDM istehsal edilib

2018-10-17 10:22:00

2018-ci ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 57761,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 1,0 faiz, neft sektorunda isə 0,5 faiz artıb. Əlavə dəyərin 6,3 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-nin 7,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5889,2 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259