BİZNES

İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurum ləğv olunur
17 OKTYABR
165

İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurum ləğv olunur

2018-10-17 09:25:00

İqtisadiyyat Nazirliyinin tabeliyində olan Bakı Biznes Tədris Mərkəzi ləğv olunur.

Artıq Bakı Biznes Tədris Mərkəzi ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 172 ünvanına bildirə bilərlər.

Bakı Biznes Tədris Mərkəzi (BBTM) 2007-ci ildə yaradılıb. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və regionlarda fəaliyyətinin genişləndirilməsi, sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün sistemli və davamlı tədris, məsləhət, informasiya xidmətlərinin genişləndirilməsinin təmin edilməsi məqsədi ilə İqtisadi İnkişafnazirinin 02 mart 2009-cu il tarixli F-22 nömrəli və 10 iyun 2013-cü il tarixli F-56 nömrəli əmrləri ilə 7 şəhər və rayonlarda (Gəncə, Qazax, Yevlax, Göyçay, Lənkəran, Şəki, Xaçmaz) nümayəndəliklər yaradılmış, struktur və ştat cədvəli yeni redaksiyada təsdiq edilib.

BBTM İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumu kimi fəaliyyət göstərib, 45 ştat vahidi ilə təmsil olunur və dövlət büdcəsindən maliyyələşdirilib.

Eləcə də bax:Yeni şirkətlər yaradılıb

Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri Azərbaycan Respublikasında sahibkarlığın inkişafının innovasiya-tədris-konsaltinq sisteminin formalaşdırılması vasitəsilə sahibkarların, iş adamlarının və sahibkarlıq fəaliyyətinə yeni başlayanların maarifləndirilməsindən, onların məsləhət, informasiya və innovasiya xidmətlərinə olan təlabatlarının dolğun şəkildə ödənilməsindən, regionlarda işgüzar fəallığın artırılmasından, eyni zamanda əhalinin geniş təbəqələrinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsindən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258