BİZNES

Xanımlar hansı sahədə "Business lady" olmağa maraqlıdır?
16 OKTYABR
211

Xanımlar hansı sahədə "Business lady" olmağa maraqlıdır?

2018-10-16 16:16:00

Qadın sahibkarlar Fransanın Strasburq şəhərində keçiriləcək beynəlxalq forum-sərgidə iştiraka dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, noyabrın 3-4-də Strasburqda "Qadınların əlləri ilə" adlı beynəlxalq forum-sərgi keçiriləcək. Forum-sərgi qadın sahibkarlarının orta və kiçik biznesinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Fransa, Azərbaycan, Rusiya, Türkiyə, İtaliya, Xorvatiya, Misir, Tunis, Əlcəzair, İspaniya və digər ölkələrin qadın təşkilatları, qadın sahibkarları, qadın dekorativ-tətbiqi incəsənət ustaları və dizaynerləri "Qadınların əlləri ilə" adlı forum-sərgidə iştiraka dəvət olunurlar.

Eləcə də bax:Azərbaycan "rəngli şüşə istehsal edəcək"

AZƏRTAC©

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258