BİZNES

Azərbaycana 15 milyard dollardan çox sərmayə yatırılıb
16 OKTYABR
126

Azərbaycana 15 milyard dollardan çox sərmayə yatırılıb

2018-10-16 09:57:00

Avropa İttifaqı (Aİ) ölkələri son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yatırıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

oktyabrın 15-də Lüksemburqda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

"Aİ hələ də Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xarici ticarət dövriyyəmizin 50%-ə yaxını onun payına düşür. Aİ son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan artıq sərmayə qoymuşdur. Azərbaycanda fəaliyyət göstərən AB mənşəli 1500-dən çox şirkət var. Almaniya-Azərbaycan Ticarət Palatası tərəfindən bu şirkətlər arasında aparılan son tədqiqat Azərbaycanın iqtisadiyyatına və davam edən islahatlara inamın artdığını göstərir", - deyə nazir bildirib.

Xatırladaq ki, Elmar Məmmədyarov oktyabrın 15-də "Şərq Tərəfdaşlığı" ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Eləcə də bax:500 nəfər üçün İŞ!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254