BİZNES

“BakuBuild Azerbaijan” sərgisində Polşa vahid ölkə stendi ilə iştirak edəcək
15 OKTYABR
89

“BakuBuild Azerbaijan” sərgisində Polşa vahid ölkə stendi ilə iştirak edəcək

2018-10-15 14:51:00

Oktyabrın 23-26-da Bakı Ekspo Mərkəzində keçiriləcək “BakuBuild Azerbaijan” tikinti sərgisində Polşa vahid ölkə stendi ilə iştirak edəcək.

Fins.az xəbər verir ki, Polşanın Azərbaycandakı səfirliyindən  bildirilib ki, tədbirdə Polşa Respublikasının tikinti sektorunu bu ölkənin inşaat şirkətləri və Polşanın İnvestisiya və Ticarət Agentliyi (PITA) təqdim edəcək. Fəaliyyətinin əsas məqsədi Polşa şirkətlərinin xarici bazarlara çıxışının təmin edilməsi, Polşa sərmayələrinə dəstəyin göstərilməsi və xarici investisiyaların Polşaya cəlb edilməsi olan PITA tərəfindən altıncı dəfə nümayiş etdiriləcək məlumat-təbliğat xarakterli vahid ölkə stendi daha öncə Kiyev, Moskva, İstanbul, Almatı və Minsk şəhərlərində təşkil olunub.

Eləcə də bax:500 nəfər üçün İŞ!

“BakuBuild Azerbaijan” sərgisində Polşanın aparıcı “Art-Metal”, “Comensal”, ”Klinsgpor”, “Kubala”, “Olan” və “USTM” şirkətləri öz məhsullarını nümayiş etdirəcəklər.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258