BİZNES

Azərbaycanla Pakistan arasında TİCARƏT
15 OKTYABR
126

Azərbaycanla Pakistan arasında TİCARƏT

2018-10-15 09:34:00

Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ikinci iclası keçiirilib.

İqtisadiyyat Nazirliyindən Fins.az-averilən məlumata görə, Pakistanda təşkil edilmiş iclasda İqtisadiyyat nazirinin müavini, Birgə İşçi Qrupunun həmsədri Rüfət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Pakistan Baş nazirinin ticarət, tekstil, sənaye və istehsal üzrə müşaviri Abdul Rəzak Davud, Baş nazirin aparatının İnvestisiya Şurasının sədri Harun Şəriş, ticarət katibi, Birgə İşçi Qrupunun həmsədri Məhəmməd Yunus Dağa, energetika nazirinin müavini Mian Əsəd Hayud Dinlə görüşlər keçirib və Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb. Vurğulanıb ki, Azərbaycan və Pakistan arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir. Qarşılıqlı yüksək səviyyəli səfərlər və aparılan danışıqlar iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyətə malikdir.

 Eləcə də bax: 500 nəfər üçün İŞ!

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257