BİZNES

Pərakəndə satış QAYDALARI
12 OKTYABR
288

Pərakəndə satış QAYDALARI

2018-10-12 18:07:00

Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir.

AQTA-dən Fins.az-a verilən məlumata gör, oktybarın 12-də Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda qida sahəsində fəaliyyət göstərən 30-dan çox pərakəndə satış müəssisələrinin rəhbərlərinə qida təhlükəsizliyi ilə bağlı təlimə başlanıb. İki gün davam edəcək təlimin birinci günündə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “Qida zənciri boyunca qida təhlükəsizliyi”, "Qida məhsulları necə təhlükəli ola bilər?",  "Çirklənmə yolları hansılardır?", “GHP - Yaxşı gigiyena təcrübələri və onun komponentləri” mövzularında təqdimatla çıxış ediblər.

Təlimin  ikinci günündə "HACCP sistemi və qida təhlükəsizliyi", "Qida təhlükəsizliyi sahəsində yerli və beynəlxalq texniki normativ hüquqi aktlar" kimi mövzular müzakirə olunacaq. Sonda təlimi uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

 Eləcə də bax:Avtomobil idxalında son rəqəmələr

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256