BİZNES

Səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb
10 OKTYABR
181

Səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb

2018-10-10 17:21:00

Cari ildə müəyyən problemlərin həlli, vergitutma bazasının genişləndirilməsi, biznesin açıq və şəffaf fəaliyyətinin təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Fins.az xəbər verir ki, bu fikri vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Səyyar vergi yoxlamalarının sayının 3 dəfə azaldıldığını söyləyən M.Cabbarov bunun vergiödəyicilərinə öz uçot sənədləşmə işlərini qaydaya salmağa imkan yaratmaq məqsədilə edildiyini diqqətə çatdırıb.

Eləcə də bax:Sahibkarlıqla məşğul olanların diqqətinə!

Qeyd olunub ki, nazirlik tərəfindən vergiödəyiciləri ilə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1 faiz artaraq 44 milyard manatı ötüb. Həmçinin ticarətdə dövriyyə 18,4 faiz, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artıb. Bu dinamika şəffaflaşmanın erkən əlamətləri kimi qəbul edilə bilər.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260