BİZNES

Kvemo Kartlidə Azərbaycan və gürcü iş adamlarının iştirakı ilə forum keçiriləcək
10 OKTYABR
108

Kvemo Kartlidə Azərbaycan və gürcü iş adamlarının iştirakı ilə forum keçiriləcək

2018-10-10 10:03:00

Gürcüstanda səfərdə olan “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bu ölkənin Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında, xüsusən iki ölkənin sərhədyanı bölgələri arasında əlaqələrin inkişaf perspektivləri, ticari-iqtisadi münasibətlərin daha da genişləndirilməsi yolları müzakirə edilib.

Telman Əliyev bu ilin sentyabrında Bakıda təşkil olunmuş “Caspian Energy Forum Bakı-2018”in əhəmiyyəti barədə məlumat verib, Tbilisidə iki ölkənin iş adamları üçün müxtəlif tədbirlərin, görüşlərin keçirildiyini bildirib. Noyabr ayında Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsində yeni forumun təşkilinin məqsədəuyğunluğunu qeyd edib.

Bildirilib ki, forumun əsas mövzusu regionda kənd təsərrüfatı və turizm sahələrinin inkişafı və özəl investisiyalar məsələlərini əhatə edəcək. Forum çərçivəsində plenar iclas, Gürcüstan hökumətinin və biznes sektorunun nümayəndələri ilə görüşlər də keçiriləcək. Forum tərəflər arasında uzunmüddətli, ikitərəfli və səmərəli əməkdaşlığı daha da genişləndirəcək.

Telman Əliyev qeyd edib ki, "Caspian European Club” şirkəti geniş təcrübəyə malikdir və şirkət 70-dən çox ölkənin nümayəndələri ilə uğurlu əməkdaşlıq edir.

Azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258