BİZNES

Bakıda Alman-Azərbaycan biznes forumu keçirilir
09 OKTYABR
205

Bakıda Alman-Azərbaycan biznes forumu keçirilir

2018-10-09 13:15:00

Bu gün Bakıda Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan biznes forumu öz işinə başlayıb.

Fins.az-ın məlumatına görə, biznes forumun açılışında Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Almaniyanın Azərbaycandakı Səfirliyinin Missiya rəhbərinin müavini Andrea Sühl, Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann çıxış edəcəklər.

Biznes forumda çıxışçılar arasında”Uniper” şirkətinin baş kommersiya direktoru Keith Martin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun adı da var.

Bundan başqa, Alman-Azərbaycan biznes forumunda “KPMG Azərbaycan” şirkətinin idarəedici partnyoru Murad Karakaş, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı işçisi Gülmirə Rzayeva, “Siemens” şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Azər Quliyev, BP şirkətinin tədqiqat meneceri Arzu Cavadova, “COCAR-Uniper” MMC-nin baş mühəmdisi Ənvər Süleymanov, “Lahmeyer International GmbH” şirkətinin biznesin inkişafı üzrə direktoru Kerem Mermer iştirak edəcəklər.

Eləcə də bax:Dünyanın ən zəngin azərbaycanlısının oğlu işindən ayrıldı

Bundan başqa, biznes forumda Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, Mərkəzi Bankın İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərid Osmanov və digər şirkət rəbərləri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250