BİZNES

Borjomi kimə satılır?
08 OKTYABR
536

Borjomi kimə satılır?

2018-10-08 17:15:00

"Alfa-qrup"un sahibləri Mixail Fridman və Herman Han kompaniyanın strukturuna daxil olan "IDS Borjomi International"ı satmaq üçün İsveçrənin "Nestle" şirkəti ilə danışıqlar aparır. Müzakirələrdə, həmçinin "Coca-Cola"nın nümayəndələri də iştirak edir.

Milli.Az facemark.az-a istinadən bildirir ki, "Kommersant" öz mənbələrinə istinadən xəbər verir ki, həmsöhbətin iddiasına, əsasən tərəflər arasında saziş haqqında razılığa demək olar ki, nail olunub. Mənbə qeyd edir ki, Fridman ilkin olaraq "IDS Borjomi"ni "Nestle" şirkətinə satmağı planlaşdırır. Amma digər bir mənbə isə bildirir ki, şirkətin alınmasına "Coca-Cola" da maraq göstərir.

Eləcə də bax: Dünyanın ən zəngin azərbaycanlısının oğlu işindən ayrıldı

"Prosperity Capital Management"in direktoru Aleksey Krivoşapko hesab edir ki, "IDS Borjomi"nin biznesi 400-480 milyon dollar arasında qiymətləndirilə bilər. "Atona"nın böyük analtiki Viktor Dima isə hesab edir ki, "Nestle", "Coca-Cola" kimi nəhəng konsernlər mülkiyyət məsələlərini çətinləşdirməmək üçün, şirkətin aktivlərini tamamilə alınmasına maraq göstərirlər. Bu halda, mülkün qiyməti 20-30% daha bahalaşmaqla, 630 milyon dollara çata bilər. "Kommersant"ın mənbələrindən biri isə qeyd edir ki, "Nestle" və "Coca-Cola" "IDS Borjomi International"ın sahib olduğu şüşələnmiş su bazarlarına maraq göstərirlər.

"Nestle" bu saziş ilə şirkətin brend portfelinə "Svyatoy istoçnik" adlı markasını geri qaytara bilər. Belə ki, brend hələ 2009-cu ildə "IDS Borjomi"yə satılmışdı. Hazırda isə "Nestle" Rusiya bazarında mineral suyun dağıdılması ilə məşğul olmur. IDS Borjomi Rusiya, Ukrayna və Gürcüstanda doqquz zavodu idarə edir. "Borjimi"nin brend portfelinə "Svyatoy istoçnik", "Morşinskaya" daxildir. 2017-ci ildə kompaniyanın satışları 1,5 milyard litr təşkil edib. "Alfa Group" strukturları 2013-cü ildə "IDS Borjomi" şirkətində Boris Berezovski və onun iş ortağı Badri Patarkatsişvilinin vərəsələrinə yaxın "Salford Capital Partners Inc"dən nəzarət payı əldə ediblər. Görünən odur ki, indi "Alfa-Qrup" bu biznesdən ayrılmağa çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251