BİZNES

İsveçrə Azərbaycana dəstək verəcək
08 OKTYABR
119

İsveçrə Azərbaycana dəstək verəcək

2018-10-08 09:36:00

Azərbaycan və İsveçrənin ticarət münasibətlərini genişləndirmək üçün yaxşı potensialı var.

Fins.az  xəbər verir ki, bu barədə Trend-ə İsveçrənin Federal Şurasından bildiriblər.

Şuradan bildirilib: "İki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ildə 200 milyon dollar təşkil edib və bu əvvəlki illərlə müqayisədə azdır. Bununla belə, sözsüz ki, ticarət mübadiləsinin genişləndirilməsi üçün yaxşı potensial var və ikitərəfli münasibətlərin mövcud səviyyəsi ticarət dövriyyəsinin daha da artmasına səbəb olacağına şübhə yoxdur".

İsveçrənin Federal Şurasında Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üçün aparılan islahatlara toxunublar: "Azərbaycan iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun genişləndirilməsi üçün islahatlar aparır. İxracın daha da artırılması, xüsusilə də kənd təsərrüfatı məhsulları sahəsində, artıq görünür. Əgər bu islahatlar davam etdirilsə, Azərbaycanın ticarət balansı yaxşılaşmağa davam edəcək. Biznes-nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və hökumət səviyyəsində təmaslar özəl sektora biznes üçün imkanları müəyyənləşdirilməkdə yeni imkanlar yaradır".

Eləcə də bax:Azərbaycan Respublikası Sahibkarlardan qadınlara DƏSTƏK

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260