BİZNES

Azərbaycan Respublikası Sahibkarlardan qadınlara DƏSTƏK
04 OKTYABR
278

Azərbaycan Respublikası Sahibkarlardan qadınlara DƏSTƏK

2018-10-04 17:07:00

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) dərzi, bərbər, vizajist, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma, dizayner və başqa peşələr üzrə bilik və bacarıqları olan qadınların biznes qurmasına dəstək göstərəcək. 

Bu barədə “Report”a ASK-nın mətbuat xidmətindən məlumat verilib.

Təşkilatçılar bununla əlaqədar qadınları “Qadın biznesinin inkişaf etdirilməsi” mövzusunda keçiriləcək təlimə dəvət edir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən “Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində keçirilən təlimin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.

Bütün bölgələrdə keçirilən təlimlərdən sonra biznes planlar hazırlayan iştirakçılar arasında kiçik qrant müsabiqəsi keçiriləcək. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi (qrant) ayrılacaq.

Təlimdə iştirak etmək istəyən xanımlardan aşağıdakı linkdən qeydiyyatdan keçmələri və ya əlaqələndirici şəxslə əlaqə saxlamaları xahiş olunur.

https://docs.google.com/…/1FAIpQLScSNOv-RprtMod9X8...

Təlim, oktyabrın 10-11-də saat 09:00–dan 18:00-dək Qubada keçiriləcək.

Müraciət üçün son tarix isə oktyabrın 10-u müəyyən edilib.

Təlim ödənişsizdir. Qusar rayonundan və ucqar kəndlərdən təlimə qatılan iştirakçıların nəqliyyat xərcləri qarşılanacaq.

Eləcə də bax: “İqtisadi İslahatlar İcmalı”nın növbəti sayı yayımlanıb

Xatırladaq ki, ASK və SBİİYF birlikdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən “Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində Azərbaycanın bölgələrində “Qadın biznesinin inkişaf etdirilməsi” mövzusunda təlim keçiriləcək. Layihə çərçivəsində 10-dan artıq regionda 400-dən çox qadına təlimin keçirilməsi nəzərdə tutulub. Təlimin keçiriliməsində məqsəd qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253