BİZNES

Azərbaycanda Ukrayna Ticarət Evi gələn il açılacaq
04 OKTYABR
149

Azərbaycanda Ukrayna Ticarət Evi gələn il açılacaq

2018-10-04 12:48:00

 Azərbaycanda yaradılmasına başlanılmış Ukrayna Ticarət Evi gələn il fəaliyyətə başlayacaq. 

Fins.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştelyuk bildirib.

Onun sözlərinə görə, Ukraynanın, təxminən, 30 şirkəti ticarət evinin iştirakçısı olmağa razılıq verib: "Bu şirkətlərin əksəriyyəti mühəndislik, metallurgiya, kimya sənayesi, habelə aqro-sənaye kompleksi sahəsində, həmçinin yüksək texnologiyalı məhsulların istehsalında ixtisaslaşıblar. Hazırda ticarət evinin açılışı ilə bağlı işlər son mərhələdədir, işçi heyət formalaşdırılır". 

Xatırladaq ki, Vergilər Nazirliyi "Ukrayna Ticarət Evi" MMC-ni bu il aprelin 6-da dövlət qeydiyyatına alıb. Qurumun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 48, mənzil 2, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Yuriy Osadkoçiv Leonidoviçdir. 

Eləcə də bax:Bill Qeyts ilk dəfə olaraq...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255