BİZNES

Marketoloqların nəzərinə: Azərbaycanda küçə reklamlarını monitorinq edən ilk sayt açıldı – Foto
03 OKTYABR
314

Marketoloqların nəzərinə: Azərbaycanda küçə reklamlarını monitorinq edən ilk sayt açıldı – Foto

2018-10-03 12:44:00

Azərbaycanda ilk dəfə küçə reklamlarının monitorinq xidmətini təklif edən sayt açılıb.

Fins.az xəbər verir ki, “Smart Outdoor” sistemi artıq cari ilin yanvar ayından istifadəyə verilib.

Platformanın köməyilə siz rəqiblərin outdoor reklam strategiyasını analiz edə bilər, vizual olaraq bütün küçə reklamlarını monitorinqini apara və öz reklam strategiyanızı planlaya bilərsiniz.

Smart Outdoor platforması ilə kateqoriya üzrə brendlərin, həm konstruksiya sayı və növünə görə, həm də büdcəsinə görə analiz edə biləcəksiniz. Smart Outdoor platformasından istifadə edərək, konkret lokasiyalarda konstruksiya növünü seçə bilər, həmin yerin vizual olaraq monitorinqini apara bilərsiniz.

Boş yerlərə, rəqiblərin reklam konstruksiya sayına, büdcəsinə və geniş kateqoriya analizinə əsaslanaraq daha rahat outdoor reklam planlamasını apara biləcəksiniz.

Beləliklə sayt vasitəsilə, daha asan yolla rəqibləri analiz edə, daha rahat reklam strategiyasını planlaya, xəritə üzrə vizual monitorinq əldə edə biləcəksiniz.

“Smart Outdoor sistemi ilə monitorinq xidməti hazırda Bakı, Abşeron, Sumqayıtı əhatə edir. Amma növbəti mərhələdə araşdırmaya daxil olan regionların sayı daha da artırılacaq”, - deyə smartoutdoor.az-ın direktoru Rahim Davudov deyib.

Rahim Davudov qeyd edib ki, platforma sırf marketoloqlar, marketinq əhli üçün nəzərdə tutulub: “Sayt əvvəlcədən planlaşdırma işində marketoloqlara dəstəkçi olacaqdır. Məsələn, siz bank sektoru üzrə küçə reklamlarının monitoriniqini əldə etməklə, rəqiblərinizi analiz edəcəksiniz. Məsələn, 2018-ci il yanvar ayında küçə reklamlarında 14 bankın 104 konstruksiyada reklamı yayımlanıb. Kredit reklamı 48, kart reklamı 27, pul köçürmələri 5 və 24 reklamda kampaniyalarının imiclərini reklam ediblər. Araşdırma ilə tanış olan marketoloq rahatlıqla kampaniyasını planlaşdıra biləcəkdir. Bu da sektorda adiyyatı sahə üzrə kor-koranə planlaşdırmanın qarşısını alacaqdır”.

Direktor əlavə edib ki, hesabatlar aylıq hazırlanır və bu işin ərsəyə gəlməsi üçün 10-larla əməkdaşımız fəaliyyət göstərir: “Məsələn, yanvar ayı ərzində (demo versiya üçün-red.) Bakı, Abşeron, Xırdalanda olan küçə reklamları, dəyişikliklər ilə bərabər fotoları çəkildi və dərhal sayta yükləndi. Bütün hər kəs saytdan qeydiyyatdan belə keçmədən, demo versiyaya daxil olub, saytın necə işlədiyinə baxa bilərlər. Demo versiya hər kəsə əlçatandır”.

Xatırlatmaq yerinə düşər ki, demo versiyada yalnız 2018-ci ilin yanvar ayının araşdırması yer alıb. Digər aylar üzrə adıçəkilən sektor üzrə bazar araşdırması ilə tanış olmaq üçün xidməti ödənişlə almalısınız.

Qeyd edək ki, araşdırma avtomobil, qida, kosmetika, bank, məişət avadanlıqlar, mobil rabitə, restoran və s. olmaq üzrə küçə reklamlarının müxtəlif kateqoriyaları üzrə aylıq araşdırmanın nəticələrini təklif edir. Yuxarıda da qeyd etdiyimiz kimi XƏRİTƏ imkanın köməyi ilə isə siz, küçə reklamlarının konkret ərazidəki fotosu ilə belə tanış ola biləcəksiniz.

Müraciət Forması üçün Link: https://smartoutdoor.az/

Əlaqə vasitələri:

https://smartoutdoor.az/

Tel: (+994 50) 393 30 55

Facebook: https:www.facebook.com/smartoutdoor.az/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256