BİZNES

Fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır
26 SENTYABR
214

Fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır

2018-09-26 13:15:00

Vergilər Nazirliyi fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlayır.

Fins.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov “Vergilər” qəzetinə müsahibəsində bildirib.

“Təhlillər göstərir ki, eyni fiziki şəxslər dəfələrlə vergi orqanlarına müraciət edərək fəaliyyətlərinin dayandırılması müddətlərini (proqram təminatında maksimum 5 il müddət müəyyən olunub) uzadaraq özlərini passiv saxlayırlar. Bu isə ərazilər üzrə vergi ödəyicilərinin faktiki sayının müəyyən olunmasında, təhlillərin aparılmasında çətinliklər yaradır. Problemin aradan qaldırılmasına nail olmaq məqsədilə beynəlxalq təcrübə öyrənilərək fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır. Bundan başqa, NKA-nın vergi orqanlarında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması prosedurlarının təkmilləşdirilməsi sahəsində də işlər aparılır”, - deyə o, qeyd edib. 

Onun sözlərinə görə, son zamanlar bir şəxsin bir neçə hüquqi şəxsin təsisçisi və rəhbəri olaraq qeydiyyatdan keçməsi hallarına rast gəlinir ki, bu da bəzi fırıldaqçılara vergidən yayınmaq üçün “münbit” şərait yaradır.

“Belələri insanları iş yeri, əməkhaqqı və gəlir mənbəyi ilə şirnikləndirməklə onların elektron imzasından istifadə edərək yeni hüquqi şəxslər yaradır və fırıldaqçı əməllərinin əhatə dairəsini genişləndirir. Vəziyyətdən çıxış kimi, bu sahədə qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində işlər görülür”-, deyə baş direktor bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256