BİZNES

Vahid Ələkbərovun şirkəti ikinci oldu
24 SENTYABR
453

Vahid Ələkbərovun şirkəti ikinci oldu

2018-09-24 13:43:00

Rusiyanın “Qazprom” şirkəti “S&P Global Platts” dünyanın iri enerji şirkətləri siyahısında birinci yerdən 17-ci yerə qədər geriləyib.

Eyni zamanda, ABŞ-ın “ExxonMobil” şirkəti 2017-ci ildə itirilmiş liderliyini geri qaytarıb. Reytinqin müəllifləri şirkətin uğuru kimi neftin qiymətinin bərpasını və ABŞ-da gözlənilən ixrac bumunu göstəriblər.

Fins.az Oxu.az-a istinadən xəbər verir ki, İkinci yeri Vahid Ələkbərovun rəhbərlik etdiyi Rusiyanın “Lukoyl” şirkəti tutub. Üçüncü yerdə ABŞ-ın “Phillips 66” şirkəti qərarlaşıb.

Hər il “S&P Global Platts” aktivlərin dəyərləri, gəlirlər və kapital qoyuluşu əsasında dünyanın 250 iri enerji şirkətinin siyahısını hazırlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260