BİZNES

Azərbaycan və Rusiyanın 70-ə yaxın iş adamı biraraya gəldi
24 SENTYABR
170

Azərbaycan və Rusiyanın 70-ə yaxın iş adamı biraraya gəldi

2018-09-24 12:16:00

Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, qida, kənd təsərrüfatı, sənaye, tikinti və maliyyə sahəsində fəaliyyət göstərən 70-ə yaxın iş adamı və şirkət təmsilçiləri iştirak edib.

Fins.az Nazirliyin məlumatına əsasən xəbər verir ki, iclasda çıxış edən Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini, Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu vurğulayıb. Səməd Qurbanov qeyd edib ki, 2016-cı ildə yaradılan Azərbaycan-Rusiya İşgüzar Şurasının əsas məqsədi Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. Bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə işgüzar şuraların mütəmadi olaraq birgə iclasları keçirilir. Bununla belə, mövcud potensial nəzərə alınaraq iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdiriləcək.

Sonra Azərbaycan-Rusiya İşguzar Şurasının rəsmi internet saytı və loqosunun təqdimatı keçirilib.

Tədbirdə iş adamlarının çıxışları dinlənib, Şuranın fəaliyyətinə dair sahibkarları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259