BİZNES

1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint 2018 sərgilərinin açılışı olub
20 SENTYABR
210

1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint 2018 sərgilərinin açılışı olub

2018-09-20 12:49:00

Sentyabrın 20-də Bakıda ilk dəfə olaraq “Caspian Event Organisers” şirkətinin və onun tərəfdaşı İTECA Caspian şirkətinin Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “ və I Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint 2018” sərgilərinin açılışı olub.

Fins.az xəbər verir ki, sentyabrın 20-dən 22-dək keçiriləcək sərgidə dünyanın 9 ölkəsindən 26 şirkət iştirak edir.

Sərginin açılış mərasimində çıxış edən "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, sərgidə, həmçinin Azərbaycan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən şirkətlər də iştirak edir. İştirakçılar skanerləri, “Flexi Capture” proqram təminatını, informasiya texnologiyaları, ofis avadanlıqlarını, nəşriyyat-poliqrafiya xidmətlərini, istənilən növ avadanlıq və ləvazimatları (rəqəmsal çap, tekstil materiallar üzərində çap, genişformatlı çap, “3D” formatlı çap və sair), stendlərin quraşdırılmasını, tekstil avadanlıqları, suvenirləri, “POS” və reklam materiallarını, eləcə də təşviqat məhsullarını, peşəkar çap avadanlıqlarını (ofset, rəqəmsal, çapa qədər, çapdan sonrakı işləmə üçün avadanlıqlar və sair), istehlak mallarını və bir sıra digər materialları təqdim olunur. “AdPrint” sərgisində iştirak edən yerli şirkətlər isə Türkiyə, Almaniya, İtaliya və Çinin dünyaca məşhur brendlərini təqdim edirlər.

Sərginin biznes proqramı çərçivəsində iştirakçılara işgüzar əlaqələr qurmaq, eləcə də vasitəçilərsiz birbaşa danışıqlar aparmaqla, öz şirkətlərini tanıtmaq üçün unikal imkan yaradan vorkşop keçiriləcək.

B.Hidayətzadə vurğulayıb ki, ümumilikdə, sərgi son təmayülləri araşdırmaq, eləcə də bu unikal sahədə əldə olunan bütün nailiyyətlər barədə məlumat toplamaq üçün imkan yaradacaq. “AdPrint” sərgisi reklam və çap məhsulları üzrə ən son texnologiyaların istehsal və satışı ilə məşğul olan, ən orijinal ideyaları təklif edən reklam şirkətlərinin məhsul və xidmətlərini təqdim etmək üçün ideal platformadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259