BİZNES

Daha 5 əcnəbi vətəndaşı Azərbaycanda şirkət açdı
19 SENTYABR
319

Daha 5 əcnəbi vətəndaşı Azərbaycanda şirkət açdı

2018-09-19 10:18:00

Xarici vətəndaşlar Azərbaycanda 5 şirkət açıb.

Fins.az  "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşı Çiçek Sedat Azərbaycanda “Terzi Sedat” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 30 iyuldur.

Bundan başqa, İran vətəndaşı Ghasemi Varnamkhasti Ehsan Ebrahim “Shima Food and Restaurant Cellection” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 5 manat, dövlət qeydiyyatına alındığı tarix isə 30 iyuldur.

Həmçinin, Gürcüstan vətəndaşı Galegov İvane ölkəmizdə “Fresh Star Tourism” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 30 iyuldur.

Azərbaycanda şirkət açan digər xarici vətəndaş Bedi Tejpreet Singhdir. Hindistan vətəndaşının təsis etdiyi şirkət “TN Business Solutions” MMC, şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 30 iyuldur.

Azərbaycanda şirkət açan Pakistan vətəndaşı Naqvi Syed Asif Razanın təsis etdiyi şirkət isə “Centivo” MMC-dir. Nizamnamə kapitalı 5 manat olan şirkət bu ilin 31 iyulunda dövlət qeydiyyatına alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259