BİZNES

İctimai iaşə xidmətlərinin həcmi 906 milyon manat olub
18 SENTYABR
144

İctimai iaşə xidmətlərinin həcmi 906 milyon manat olub

2018-09-18 12:40:00

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,4% artaraq 905,9 mln. manat olub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 6,5% artaraq 370,8 mln. manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260