BİZNES

Bu ilin I yarısında Azərbaycana birbaşa xarici investisiyalar 2,5 mlrd. dollar olub
14 SENTYABR
382

Bu ilin I yarısında Azərbaycana birbaşa xarici investisiyalar 2,5 mlrd. dollar olub

2018-09-14 18:08:00

Bu ilin I yarısında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2 mlrd. 53,5 mln. dollar olub.

Fins.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2018-ci ilinyanvar-iyun ayları üçün tədiyyə balansında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 79,4% təşkil edib. 2018-ci ilin yanvar-iyun aylarında tədiyyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (340,5 mln. dollar) artımı cəlb olunmuş investisiya ilə (2 053,5 mln. dollar) kapitalın repatriasiyası (1,713 mlrd. dollar) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 423,3 mln. dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258