BİZNES

İstehsalıçılarımızı tanıyaq: AQROİNVESTKOM
12 SENTYABR
219

İstehsalıçılarımızı tanıyaq: AQROİNVESTKOM

2018-09-12 16:00:00

Əsası 2006-ci ildə qoyulmuş Şərab zavodu Aqroinvestkom MMC kimi fəaliyyətə başlamışdır. Zavod Şəki rayonu Çələbixan qəsəbəsində 0.29304 ha torpaq sahəsində yerləşmişdir. Əsas istehsal sexi 1847.7 kv.metr, 910.4 kv.metr köməkçi sahədən ibarətdir. Ərazidə inzibati bina (qablaşdırma sexi), istehsal sexi, tərəzi binası, gözətçi binası, qonaq evi, idarə binası, nasos binası və sair bina, avadanlıqlar yerləşir.
Müəssisənin istehsal güçü 210 min dekalitrdir, bu da 280 min şüşə üzüm şərabı təşkil edir. Burada üzümün qəbulu, fermentləmə, texnoloji emal, markalı şərabların istehsalı və qablaşdırma sexləri yaradılmışdır. Üzümün qəbulu sexində ağ və qırmızı üzüm növləri üçün iki qəbuledici bunker, üzüməzən avadanlıq quraşdırılmışdır. Zavod iki xətt ağ və qırmızı, bir xətt isə elit şərabların istehsalı üçün nəzərdə tutulmuşdur. Sexdə, həmçinin Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılmışdır. Digər sexlər də ən son avadanlıqla təchiz edilmişdir. İstehsal prosesi kompyuterləşdirilmiş sistemlə idarə edilir.
Fəaliyyəti dövründə daxili bazara “Çinar”, xarici bazara “Gülüstan” və “Əmirxan” markalı şərab ilə daxil olmuşdur. 
14 noyabr 2016-cı ildə Beynəlxalq İxtisaslaşdırılmış çaxır müsabiqəsində Gülüstan şərabı ilin brendi, Saperavi rezerv. Gülüstan şərabı gümüş medala layiq görülmüşdür. 
16 dekabr 2016-cı il IV Beynəlxalq Şərab festivalı II “Salxım” Dequstasiya müsabiqəsində “Mədrəsə” şərabı gümüş medala layiq görülmüşdür.
Müəssisədə istehsal edilən şərablar Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən milli sortlardan Mədrəsə, Bayan Şirə, Avropa sortlarından Kabarnet Sovinyon, Merlo, Saperavi, Pino Noir, Sıra, Şardone üzüm növlərindən emal edilmişdir.
Kollektivimizin qarşısında duran məsuliyyətli vəzifə məhsullarımızın keyfiyyətini daima yüksəltmək və Azərbaycanda şərabçılığın inkişafına öz töhfəmizi verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258