BİZNES

İstehsalıçılarımızı tanıyaq: AKABE
11 SENTYABR
122

İstehsalıçılarımızı tanıyaq: AKABE

2018-09-11 17:00:00

Biz inşaat sahəsində 2000-ci ildən etibarən fəaliyyət göstəririk. Fəaliyyətimiz inşaat materiallarının istehsalı və satışından ibarətdir. Avropa və Asiyanın Kütahya, Seranit, Duravit, Appollo, Cifre, Grohe, Gural, Junjing, Newarc, Newzong kimi tanınmış brendlərin Azərbaycandakı rəsmi distribyutoruyuq. Aşağıda göstərilən bölgü üzrə məhsulların satışını reallaşdırırıq: 

Kafel və metlax
Qranit və mərmər
Fasad örtükləri
Vanna və duş kabinlər
Su qarışdırıcılar
Hamam şkafları
Mebel
Mozaika
Hamam aksesuarları və s. 

Həmçinin Akabe, distribyutorluq etdiyi brendlərin məhsullarından başqa öz istehsal etdiyi məhsulların da satışı ilə məşğul olur. Uzun illər təcrübəli brendlərlə yaxından əməkdaşlıq bizə qabaqcıl ölkələrin istehsal təcrübəsini mənimsəməyə şərait yaratmışdır. Yeni texnologiyaları yerli istehsala tətbiq edərək alıcılarımızın etibarını qazanmışıq. Məqsədimiz daxili bazarı münasib qiymət və keyfiyyətlə təmin etməkdir. Şirkətimizin tərkibinə "Akabe Mebel", "Akabe PVC Lambir" və "Akabe Mozaika və Kəsmə" fabrikləri də daxildir. Bizim fabriklərdə qabaqcıl texnologiyalardan istifadə, keyfiyyətli xammal seçimi, yerli və xarici mütəxəssislərdən ibarət peşəkar işçi komandası ilk sıralarda olmağımızı təmin edən əsas səbəbdir. Biz, yeniliklərə tez uyğunlaşan, beynəlxalq təcrübəni yerli istehsala tətbiq edən, model sırasını mütəmadi olaraq zənginləşdirən, müştəri məmnunluğunu ən vacib amil hesab edən bir şirkətik. 

Missiyamız
Akabenin başlıca missiyası Avropa və Asiya ölkələrindən ən yüksək keyfiyyətli məhsulları seçib sərfəli qiymətlərlə yerli bazarda sizə təqdim etməkdir. Siz müştərilərin məmnunluğu, istəklərinizin qarşılanması bizim üçün əsasdır. Məqsədimiz inkişaf edərək fəaliyyət sahəmizi genişləndirmək, alıcılarımıza yüksək keyfiyyətli xarici məhsullar təqdim etmək və beynəlxalq standartlara cavab verən istehsalın təşkilidir. Akabe fəaliyyət istiqamətlərinə aid ən son yenilikləri müştərilərinə ilk çatdıran şirkət olmaq üçün çalışmaqdadır. 

Prinsiplər 
Yüksək səviyyəli xidmət
Yüksək keyfiyyətli və sürətli istehsal
Zamanla ayaqlaşan innovasiyalar
Xidmətlər 
Dizayn xidmətləri
Kəsmə
Çatdırılma
Quraşdırılma
Özəl sifariş
Zəmanət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255