BİZNES

“Alibaba” beynəlxalq bazarda genişlənmək üçün iddialı planlar qurur
05 SENTYABR
222

“Alibaba” beynəlxalq bazarda genişlənmək üçün iddialı planlar qurur

2018-09-05 12:51:00

Çinin e-kommersiya nəhəngi “Alibaba” xarici media strategiyasına yenidən baxmaq üçün “MediaCom” ilə əmədaşlığa başlayıb.

“The Drum” yazır ki, pitçinqdə “Publicis Media”, “Dentsu Aegis” və “Wavemaker” kimi agentliklər iştirak edib.

 

Əməkdaşlıq çərçivəsində “MediaCom” “Tmall World”, “Taobao International”, “Alibaba Cloud” və “Dingtalk”a xidmət edəcək. Məsələn, e-kommersiya nəhəngi “MediaCom”un qarşısında bütün dünyada yaşayan 100 milyondan çox Çinli tərəfindən istifadə edilən “Tmall World” platformasının trafikini yüksəltmək və konversiyanı artırmaq tapşırığını qoyub.

Bundan başqa, yeni partnyor “Alibaba Cloud” və “Dingtalk” platformalarının tanıtımını artırmalıdır. MediaCom China başçısı MakPetri Rupert isə deyib ki, dünyanın 10 ən iri kompaniyalarından birinin uğur tarixinin yaranmasına kömək olmaq fantastik imkandır: “Agentliyimiz hab rolunu oynacayaq və dəqiq və ardıcıl strategiyanı müəyyən edəcək. Bu isə bizə kömək olacaq ki, “Tmall World”un mədəniyyətini və biznes məqsədlərini müəyyən edə bilək”.

MakPetri bildirib ki, öz növbəsində digər yerli qurumlar da təklif olunan strategiyanı öz bazarlarının reallıqlarına uyğunlaşdıra və tətbiq edə biləcəklər.

Qeyd edək ki, “Alibaba” şirkətinin beynəlxalq bazarda genişlənmək üçün iddialı planları mövcuddur. Daha əvvəl, internet nəhəngi Avropa, Avstraliya, Malayziyada ofisini açmışdı. Şirkətin təsisçisi Jack Ma daha əvvəl deyirdi ki, 2036-cı ilə qədər “Alibaba iqtisadiyyat”ını quracaq. Bu isə qeyd olunan ilə qədər əməliyyatların həcminə görə, dünyanın beşinci iqtisadiyyatı olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258