BİZNES

Amerika və İsveçrə markası arasında 7,15 milyard dollarlıq müqavilə imzalandı
30 AVQUST
166

Amerika və İsveçrə markası arasında 7,15 milyard dollarlıq müqavilə imzalandı

2018-08-30 10:49:00

“Nestle” və İsveçrənin “Starbucks” şirkəti arasında əməkdaşlıq haqqında müddətsiz saziş bağlanılıb.

Fins.az xəbər verir ki, bu barədə “Nestle” şirkətinin saytında bildirilib. 

“Bu isə “Nestle” şirkətinə Amerika kofe restoranları şəbəkəsinin məhsullarının dünyanın müxtəlif ölkələrində satmasına imkan verəcək.

Şirkətlər arasında bağlanmış müqaviləyə əsasən, “Nestle” qəhvə dənəciklərinin qızardılmış, üyüdülmüş, həmçinin tam taxıl vəziyyətində, eləcə də hazır qəhvə və onun kapsulları üzrə sıx əməkdaşlığa başlayacaqlar.

Əməkdaşlıq çərçivəsində dünya üzrə müştərilərə təqdim edilən qəhvə çeşidinin genişləndirilməsi, yəni yeni məhsulların yaradılması üzrə hər iki şirkətin təcrübə və imkanlarından istifadə olunacaq”, - deyə mətbuat xidmətinin məlumatında qeyd edilib.

Xatırladaq ki, daha əvvəl bildirilirdi ki, Amerika və İsveçrə şirkətləri arasında baş tutan sazişin qiyməti 7,15 milyard dollardır və Amerika şirkətinin 500 nəfər əməkdaşı “Nestle”də işə başlayacaq. Lisenziya isə üç tanınmış qəhvə markasını əhatə edir – “Nescafe”, “Nespresso” və “Starbucks”.

“Nestle”, müqavilənin şirkətin gəlirlərinin artmasına və potensial müştərilərinin sayının çoxalmasına müsbət təsir edəcəyini proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259