BİZNES

“YouTube” uşaq və yeniyetmələr üçün təklükəlidir? – Araşdırma
20 AVQUST
98

“YouTube” uşaq və yeniyetmələr üçün təklükəlidir? – Araşdırma

2018-08-20 12:55:00

Hər il media kontenti 17 yaşdan kiçik uşaqlar və yeniyetmələr tərəfindən hazırlanır. Əlbəttə ki, rəqəmsal dünyaya uşaq və yeniyetmələrin həddindən artıq yüklənməsi valideynlər və məmurları narahat edir. Belə ki, hətta ABŞ Konqressi internet və qadjetin böyüməkdə olan nəslə təsiri haqqında qanun layihəsinin müzakirəsinə başlayıb.

Facemark.az-ın məlumatına görə, “Kommersant” yazır ki, iyulun sonunda ABŞ hökuməti qanun layihəsinin müzakirələri zamanı sosial şəbəkə, tətbiq, sayt, televiziya, kino, süni intellekt, mobil qadjetlər, kompüter, video oyunlar, virtual və artırılmış reallıq və digərlərinin uşaqların sosial və duyğusal inkişafına təsirini araşdırılmasını və bunun üçün isə büdcədən 95 milyon dollar ayrılmasını nəzərdə tutmuşdu. Bu gün uşaqlar və yeniyetmələr yalnız kontentin istehlakçısı deyillər. Gəlin etiaf edək ki, bu gün onlar internetdə çox aktivdirlər və bloq, videoları özləri hazırlayırlar. Məsələn, son araşdırmalar da bunu sübut edir.

 

Britaniyanın qeyri-hökumət təşkilatı olan “Internet Matters”in qiymətləndirməsinə görə, 11-16 yaş arası uşaq və yeniyetmələrin 13%-nin özünün şəxsi bloq və kanalı var. Onlardan 3-də 1-i isə “YouTube” və başqa platformalarda video yükləyirlər. “First Choice” şirkəti Britaniyada ötən il minə yaxın, 17 yaşına qədər olan uşaq və yeniyetmələri arasında sorğu təşkil edib. Sorğunun nəticələrinə görə isə, 34% respondent “YouTube”da ulduz olmağı arzu edib. Hər beşinci respondent isə öz şəxsi kanalını idarə etməyi arzulayıb. Öz növbəsində ekspertlər isə hesab edir ki, uşaqların “YouTube” və digər platformalarda öz video bloqlarını idarə etmələri onlar üçün faydalı ola bilər. Analtiklər düşünür ki, beləliklə onlarda öz güclərinə əminlik yaranacaq.

“Internet Matters”in başçısı Karolin Bantinq hesab edir ki, “YouTube” özünü inkişaf etdirmək və texnoloji, ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün faydalı platformadır. O, valideynlərin uşaqlara internetdən istifadə etməsinə qadağa qoymamağa çağırıb. K. Bantinq deyib ki, əgər sizin uşağınız bloq idarə etmək, striming video qeyd etmək, “YouTube”da kanal yaratmaq istəyirsə, valideynlər onlar ilə məzmun barəsində açıq və dürüst şəkildə söhbət etməlidirlər. Nəzərə alın ki, onların motivasiyası çox zaman platformalardakı digər videolara reaksiyası ilə bağlı olur”, - deyə ekspert valideynlərə çağırış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253