BİZNES

“Vikipediya” geyim istehsal etməyə başladı
17 AVQUST
154

“Vikipediya” geyim istehsal etməyə başladı

2018-08-17 12:40:00

Onlayn-ensiklopediya olan Vikipediya sosial məsuliyyət layihəsi çərçivəsində Amerikanın geyim markası ilə əməkdaşlığa başlayıb. Şirkətlərin əməkdaşlığı nəticəsində satışlardan əldə edilən gəlir xeyriyyə işlərinə xərclənəcək.

Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, geyim markası “Advisory Board Crystals” və “Vikipediya” üzərində tematik yazılar olan, unikal ağ uzun qol köynəklər hazırlayıblar.

 

Köynəyin içərisində brendin loqosu, kürəkdə isə “Internet Master” yazısı ilə “Vikipediya”nın loqosunu görmək olar. Satışda olan yeni köynəkləri əldə etmək üçün isə 85 dollar ödəməli olacaqsınız.

Qeyd edilir ki, satışlardan əldə edilən gəlir xeyriyyə məqsədləri üçün qeyri-kommersiya təşkilatı olan “Wikimedia Foundation”a yatırılacaq. Fond “Vikipediya”, “Vikisözlük”, “Vikilüğət” kimi çoxdilli layihələri dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256