BİZNES

Yaxın zamanlarda daha beş ölkədə ticarət evləri açılacaq
17 AVQUST
363

Yaxın zamanlarda daha beş ölkədə ticarət evləri açılacaq

2018-08-17 11:39:00

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxaracatçılar Klubunun Azərbaycanın Xaricdəki Ticarət Evləri ilə bağlı tədbiri keçirilib. Tədbirdə “Made in Azerbaijan” brendini dünyaya tanıtmaq, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək və ölkənin ixrac potensialını artırmaq məqsədilə yaradılmış və yaradılması planlaşdırılan Ticarət Evlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib və müzakirələr aparılıb. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, Azərbaycan xaricdə ticarət evlərinin sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Onun sözlərinə görə, yaxın zamanlarda daha beş ölkədə ticarət evlərimiz açılacaq. Bu ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Polşa və Qazaxıstandır. Nazir müavini artıq ticarət nümayəndələrimizin gördükləri işlərin real nəticələrinin olduğunu da vurğulayıb. O, qeyd edib ki, məhz Ticarət Evlərimizin fəaliyyətləri nəticəsində iş adamlarımız yeni bazarlara çıxıb, yeni alıcılar tapıblar. Cənab Məmmədov Çin Xalq Respublikasından bir sıra böyük şirkətlərin nümayəndələrinin bu yaxınlarda Azərbaycana səfərlərini xüsusi qeyd edib. Onun sözlərinə görə artıq yerli istehsalçılarla görüşlər təkil edilib və bu görüşlərin nəticəsində ilkin sifarişlər alınıb, müqavilələr bağlanıb.

Qeyd edək ki, tədbirdə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) nümayəndələri də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258