BİZNES

SKMF kreditorlarına müraciət edib
15 AVQUST
170

SKMF kreditorlarına müraciət edib

2018-08-15 09:36:00

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlıq Kömək Milli Fondu (SKMF) ləğv olunması ilə bağlı kreditorlarına müraciət edib. Fins.az  xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında bildirilir. 

Belə  ki, kreditorlar 15 gün ərzində tələblərini Fondun Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanında inzibati binasına bildirə bilərlər. 

Xatırladaq ki, Prezident İlham Əliyev bu il avqustun 1-də imzaladığı “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərmana əsasən, SKMF ləğv edilib, onun əvəzində nazirliyin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi təsis edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258