BİZNES

Samsung yatıracağı sərmayənin məbləğini açıqlayıb
08 AVQUST
277

Samsung yatıracağı sərmayənin məbləğini açıqlayıb

2018-08-08 15:18:00

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung növbəti 3 ildəki investisiya planlarını ictimaiyyətə açıqlayıb. Fins.az qərb mediasına istinadən xəbər verir ki, Samsungun yaxın 3 ildə təxminən 160 milyard dollar investisiya yatıracağı qeyd olunub. Bu investisiyadan 120 milyard dolları Cənubi Koreyada yatırılacaq ki bunun da sayəsində çoxlu sayda iş yerləri açılacaq. Bu arada Samsung rəsmiləri işci sayını 25 mindən 40 minə çatdıracağını bildirib.

Samsung, gələcəkdə sürücüsüz avtomobillər, əşyaların interneti və robot proqramlarının inkişafına böyük töhfə verməsi gözlənilən 5G mobil rabitə şəbəkələrinə investisiya qoymağı da planlaşdırır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260