BİZNES

"Rosneft" proqnozları geridə qoydu
07 AVQUST
212

"Rosneft" proqnozları geridə qoydu

2018-08-07 17:57:00

"Rosneft"in xalis mənfəəti ilin ikinci rübünə görə bütün proqnozları üstələyib. Fins.az xəbər verir ki, adı çəkilən şirkət tərəfindən verilən məlumata görə, cari ilin ikinci rübündə şirkət 228 milyard rubl xalis gəlir əldə edərək 184.57 milyard rublluq proqnozu geridə qoyub. Ekspertlərin proqnozları 164.44 milyard rubl ilə 225 milyard rubl arasında dəyişirdi.

Şirkətin vergidən əvvəlki mənfəəti 565 milyard rubl təşkil edərək 543.97 milyard rublluq proqnozu geridə qoyub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259