BİZNES

“McKinsey
07 AVQUST
262

“McKinsey & Company” Vergilər Nazirliyinin məsləhətçisi olub

2018-08-07 10:35:00

“McKinsey & Company (Azerbaijan), INC” Vergilər Nazirliyinin məsləhətçisi oldu. Fins.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilir. “Vergilər Nazirliyi “McKinsey & Company (Azerbaijan), INC” şirkətini ekspert məsləhətçiqismində cəlb edib”, - nazirlikdən bildiriblər. Tərəflər arasında imzalanan müqavilənin dəyəri 1,5 mln. manatdır.

“McKinsey & Company” - strateji idarəçilik ilə bağlı məsələlərin həlluində ixtisaslaşan beynəlxalq konsaltinq şirkətidir. Məsləhətçi qismində şirkət dünyanın iri şirkətləri, dövlət idarələri və qeyri-kommersiya təkilatları ilə əməkdaşlıq edir.

Şirkət dünyanın 60-dan çox ölkəsində 111 ofisə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251