BİZNES

Ukrayna şirkəti Azərbaycanda spirtli içki istehsalına başlayır
06 AVQUST
319

Ukrayna şirkəti Azərbaycanda spirtli içki istehsalına başlayır

2018-08-06 08:44:00

Ukraynanın "Global Spirits" spirtli içki holdinqi ("Xortitsa", "Shustoff", "Moroşa" brendləri) öz məhsullarını Azərbaycanda da istehsal edəcək. Fins.az-ın məlumatına görə, "Report" xəbər verir ki, bunu "Radio NV"nin efirində holdinqin sahibi Yevgeni Çernyak deyib.

"Biz, məncə avqustun 10-dan etibarən Azərbaycanda istehsala başlayırıq", - deyə o bildirib.

Onun sözlərinə görə, "şirkət xarici bazarlarda inkişaf etmək qərarına gəlib. Çünki bu bazarlar daha sabit, marja daha yüksəkdir və biznes üçün oyun qaydaları daha ədalətlidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259