BİZNES

Azərbaycan şirkəti Böyük Britaniya və İtaliyadan sifarişlər alıb
03 AVQUST
201

Azərbaycan şirkəti Böyük Britaniya və İtaliyadan sifarişlər alıb

2018-08-03 10:41:00

Azərbaycanın meyvə istehsalçısı DAD şirkəti Böyük Britaniya və İtaliyaya tədarüklərə başlamaq niyyətindədir. Fins.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru İsaməddin Dəmirov deyib. O bildirib ki, şirkət artıq bu ölkələrdən sifarişlər alıb:

“Məhsulun sənədləşdirilməsi, sertifikatlaşdırılması ilə bağlı məsələlərin həll olunması qalır. Bizim ənənəvi satış bazarlarımız Rusiya və digər MDB ölkələridir. Bundan başqa, biz ərəb ölkələrinə - Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Asiya ölkələrinə - Malayziya, Sinqapur, Maldiv adalarına məhsul ixrac edirik”.

Onun sözlərinə görə, 2018-ci ilin yekunlarına əsasən şirkət ixracatı beş milyon dollaradək artırmağı planlaşdırır. 2017-ci ildə bu göstərici 3 milyon dollara yaxın təşkil edib. O bildirib ki, şirkətin istehsal etdiyi məhsulun 60 faizi ixraca yönəlir.

İ.Dəmirov bildirib ki, şirkət həmçinin Quba şəhərində marmelad və cem istehsalı üzrə müəssisə tikmək niyyətindədir. Bu gün DAD yalnız istehsal və qablaşdırma ilə məşğul olur. Şirkətin müəssisələri və bağları Quba və Qəbələ şəhərlərində yerləşir.

Şirkətin direktoru əlavə edib ki, Azərbaycanın meyvə-tərəvəz məhsullarına xarici bazarlarda böyük tələbat var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256