BİZNES

Azərbaycan bu ölkə ilə qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq niyyətindədir
03 AVQUST
91

Azərbaycan bu ölkə ilə qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq niyyətindədir

2018-08-03 09:21:00

Azərbaycan və Ukrayna yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdıra bilər. Fins.az-ın məlumatına görə, bunu Trend-ə Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyindən deyiblər.

Qeyd olunur ki, 2017-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 2,7 dəfə artaraq 772,1 milyon dollar təşkil edib. 2018-ci ilin ilk 5 ayı ərzində isə 43 faiz artaraq 356,72 milyon dollara bərabər olub:

"Bu cür artım tempini nəzərə alaraq hesab etmək olar ki, yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsi bir milyard dolları ötə bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254