BİZNES

İş adamları üçün yeni imkan
02 AVQUST
181

İş adamları üçün yeni imkan

2018-08-02 10:21:00

Son zamanlarda İP telefoniya ofislər üçün önəmli əlaqə vasitəsinə çevirilib. Çünki, ənənəvi telefon xətləri vasitəsilə digər şəhərlərə və xaricə edilən zənglər çox vaxt müəssisələrə baha başa gəlir, əməkdaşlarla sıx əlaqə saxlamaq istəyən rəhbərlər üçün bu böyük bir problem olur.

Bu cür problemləri aradan qaldırmaq üçün Grandstream-in təqdim etdiyi yeni GXP1760 məhsulu zəruri funksiyaları özündə birləşdirən zərif dizaynlı və yüksək səviyyəli İP telefonudur. Kiçik və orta biznesdə istifadə üçün nəzərdə tutulan olduqca rahat GXP1760 telefonları 2000-ə qədər kontakt və 500-ə qədər zənglərin tarixçəsini yaddaşda saxlamaq kimi geniş telefon kitabçasına malikdir. Bununla yanaşı 6 SİP-xətt proqramlaşdırılan və BLF düymələri ilə quraşdırılan telefonlar birbaşa yönləndirməni təmin edir. HD formatında maksimum səs keyfiyyətinə malik, eyni zamanda daxil və xaric edən səsucaldanla təchiz edilib. GXP1760 telefonları müxtəlif melodiyalar, hava proqnozu və s. kimi internet proqramlarını dəstəkləyir, yəni telefonları istifadəçi istəklərinə uyğun fərdiləşdirmək olur.

Bu telefonlarla hətta 5 nəfərlik səsli konfranslar da yaratmaq mümkündür. Həmçinin GXP1760 nəzarət nöqtələri, otel salonu, qeydiyyat mərkəzi və s. kimi ictimai yerlərdən oğurlanmanın qarşısını almaq üçün Kensington Security Slot təhlükəsizlik portu ilə təchiz olunmuşdur. Məlumatları daxil və ya xaric etmək üçün telefona UCB port da quraşdırılıb. Cihaz Web interfeysi və ya müxtəlif avtomatik tənzimləmə texnologiyaları vasitəsilə konfiqurasiya edilə bilər. Cihazı və şəbəkə bağlantısını gücləndirmək üçün quraşdırılmış İnternet kabeli vasitəsilə şəbəkə qurğusunun enerjisi təmin olunur. Telefonlarda xüsusi şifrələmə texnologiyası ilə zənglərin və şəxsi hesabların qorunması da nəzərə alınıb.

 Texniki xüsusiyyətləri:

* 6 SİP- xətt, 6 ikirəngli düymələr xətti (3 SIP- nömrə ilə)

* 4 XML proqramlaşdırıla bilən kontekstə həssas ekran düymələri

* 24 proqramlaşdırma və quraşdırılma BLF düymələri (sürətli yığma düymələri)

* EHS dəstəyi, Plantronics qulaqlıqları ilə uyğunlaşma

* Şəbəkəyə qoşulmaq üçün iki 10/100 Mbit/s portlar

* TR-096 və ya AES şifrələmə ilə bir XML konfiqurasiya faylını istifadə edərək avtomatik quraşdırılma

* İki Fast Ethernet portu

* TLS və SRTP Təhlükəsizlik Protokolları

Məhsulla daha yaxından tanış olmaq və texniki xüsusiyyətləriylə bağlı ətraflı məlumatı aşağıdakı videodan əldə edə bilərsiniz. 

GXP1760 telefonları korporativ istifadəçilər üçün funksional olmaqla yanaşı, həm də qiymət baxımından olduqca sərfəlidir.

Azərbaycan üzrə rəsmi satış təmsilçisi olan Pronet MMC 15 illik yubileyi münasibəti ilə bütün Grandstream məhsullarını 15% endirimlə təqdim edir. Odur ki, orijinal və zəmanətli məhsulları əldə etmək üçün [email protected] ünvanına yaza və ya +99412 310 21 21/+99477 277 24 77 nömrələrinə zəng edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254