BİZNES

Benzinin ən ucuz və ən baha olduğu ölkələrin adları açıqlanıb - SİYAHI
30 İYUL
592

Benzinin ən ucuz və ən baha olduğu ölkələrin adları açıqlanıb - SİYAHI

2018-07-30 10:37:00

Bloomberg agentliyi dünya üzrə Aİ-95 benzinin ən baha və ucuz ölkələrinin siyahısını hazırlayıb. Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ən ucuz benzin Venesuelada , litri 0.01 dollara satılır. Benzinin ucuzluğuna görə siyahının ikinci pilləsində İran qərarlaşıb. Bu ölkədə benzin 0.28 dollara satılır. Üçlüyü isə Kuveyt tamamlayır bu ölkədə Aİ-95-nin litri 0.35 dollara satılır.

Ən ucuz benzin satılan 10 ölkə arasında Nigeriya(0.41 dollar), Misir (0.43 dollara), Səədüyyə Ərəbistanı (0.54 dollar), Malayziya (0.54 dollar), İndoneziya( 0.67 dollar), BƏƏ (0.68 dollar), Rusiya (0.72 dollar),

Aİ-95 –in ən baha olduğu ökələr isə bunlardı:

Siyahıya liderliyi Honkonq edir. Burada Aİ-95 benzininin litri 2.09 dollardı. Norveç 2.02 dollar, Niderland 1.93 dollar. Bahalı benzin olan ölkələr siyahının onluğunua həmçinin Yunanıstan (1.91 dollar), İtaliya (1.91 dollar), Danimarka (1.90 dollar), İsrail (1.86 dollar), Portuqaliya (1.83 dollar), Finlandiya (1.79 dollar), Fransa (1.78 dollar)

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256