BİZNES

Starbucks Çini fəth edir. Əsl investisiya vaxtıdır
29 İYUL
222

Starbucks Çini fəth edir. Əsl investisiya vaxtıdır

2018-07-29 19:14:00

Beynəlxalq kofe şəbəkəsi Starbucks maliyyə göstəricilərini yaxşılaşdırmaqla yanaşı Çin Xalq Respublikasında biznesini daha da genişləndirir. Ekspertlər yaxın gələcəkdə Starbucks-ın səhmlərinin bahalaşacağını proqnoz edirlər.

Amerika brendinin 2018-ci ilin ikinci rübündə xalis mənfəəti  23.3% artıb. Fins.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilir.

Son zamanlar Starbucks-ın səhmləri dayanmadan ucuzlaşırdı.  Buna səbəb isə şirkətin rəhbərinin rasiszmdə ittiham olunması idi. Elə səbəbdən Hovard Şulç direktorlar şurasındam uzaqlaşmalı olur. Bundan başqa kofe şəbəkəsi bir müddət sonra elan edirki ABŞ-da olan güclü rəqabətə görə bir 150 kofeen yerini bağlayacaq.

Bütün bunlara baxmayraq “Finama”nın analitiklərinin fikrincə şirkətin səhmləri ortamüddətli investisiya üçün olduqca əlverişlidir.

Çində olan Starbucks mərkəzlərinin ABŞ-da olan mərkəzlərdən daha çox gəlir gətirdiyi məlum olub. Elə bu səbəbdəndir ki, Çində olan kofeen mərkəzləri günü-gündən çoxalır.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251