BİZNES

Azexport yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb
27 İYUL
261

Azexport yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb

2018-07-27 14:08:00

Azexport.az portalı “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədi ilə, daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb. Portal ziyarətçilərinin əsas hissəsini körfəz və okeaniya ölkələri təşkil edən www.go4worldbusiness.com, Hindistan bazarını əhatə edən www.tradeindia.com, www.indiamart.com və MDB ölkələrində son illərdə aqrar məhsulların satışında ixtisaslaşan www.agrorubo.ru kimi beynəlxalq elektron satış portallarına inteqrasiya edilib.

Azexport portalının rəhbəri Zaur Qardaşov bilidirib ki, yeni portallara inteqrasiya ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanları təqdim etmək və “Made in Azerbaijan” məhsulalrının ixrac istiqamətlərinin genişləndirilməsində böyük rol oynayır: “Portallara inteqrasiya olunan ilk günlərdən Hindistandan meyvə tərəvəz məhsullarına və Körfəz ölkələrindən toyuq əti və toyuq yumurtasına sorğular daxil olub. Qeyd olunan portalların ümumi əhatə dairəsi 1.5 milyard istifadəçi təşkil edir.”

 

Qeyd edək ki, Azexport portalı ilk gündən www.amazon.com, www.alibaba.com, www.all.biz, www.agroserver.ru və digər bu kimi portallarla əməkdaşlıq edir və bunun sayəsində Azərbaycan məhsullarına beynəlxalq bazarlardan bu günə kimi 800 mln. ABŞ dollarından artıq sorğular daxil olub.

Portal bundan sonra da əməkdaşlıq edəcəyi portalların siyahısının genişləndirilməsini nəzərdə tutur/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257