BİZNES

Brend dükanlarda kütləvi endirimlər başlayıb - SƏBƏB
26 İYUL
954

Brend dükanlarda kütləvi endirimlər başlayıb - SƏBƏB

2018-07-26 15:33:00

Paytaxtda əksər Mall-larda endirimlər təklif edilməyə başlayıb.  Məlumat üçün bildirək ki, endirimlər yalnız ötən mövsümə aid olan geyimlərə deyil eyni zamanda  yay mövsümü üçün olan geyimlərə də aid edilib. İstər Gənclik Mall, 28 Mall, Park Bulvar və Metro Parkda  məşhur geyim brendlərinə endirimlər edildiyini görmək mümkündür.  Gənclik Mall-da məşhur brendlərdən birinin menecerinin Fins.az – verdiyi açıqlamaya görə endirimlər artıq bir aydan çoxur ki, davam edir. Hətta əksər mövsümü geyimlərin satılıb qurtardığı qeyd olundu. Geyimlərin ərəb turistlər tərəfindən alındığı deyilir. Endirimlərə gəlincə isə hətta 70% -dək brend dükanlarda endirimlər görmək olar.  28 Mall-dan aldığımız məlumata görə isə endirimlərə səbəb mövsümdür. Daha dəqiq desək verilən açıqlamaya görə, hər mövsüm arası brend dükanlar satdığı geyimlərə və aksesuarlara endirimlər edirlər ki, hazırda da həmin vaxt olduğundan məşhur brendlər endirimlərə başlayıblar. Qeyd edək ki, endirimlər bu ayın sonuna dək davam edəcək.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253