BİZNES

İran Azərbaycan üçün 600 dollar rüsumu ləğv edib
25 İYUL
175

İran Azərbaycan üçün 600 dollar rüsumu ləğv edib

2018-07-25 14:03:00

İran Azərbaycandan Qətərə kənd təsərrüfatı mallarının daşınması ilə bağlı hər bir yük maşınından alınan 600 dollar məbləğində rüsumu ləğv edib. Fins.az Trend.az-a istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev sərnişin və yük daşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş konfransda deyib.

İ.Əliyev bildirib ki, Azərbaycan Qətər Dövlətinə əsasən kənd təsərrüfatı məhsulları ixrac edir: "Bu yük daşımaları isə əsasən İran üzərindən həyata keçirilir.

O əlavə edib ki, bundan əvvəl Qətərə yük daşımaları ilə bağlı bir yük avtomobili üçün İran tərəfi 600 dollar məbləğində rüsum alırdı və bu da yükdaşıyıcılar üçün məqbul deyildi:

"İran və Azərbaycan arasında bu sahə üzrə komissiyanın son iclasında həmin rüsumun ləğv olunması barədə qərar qəbul edildi".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253