BİZNES

“Cannes Lions”un təşkilatçıları çətin dövrlər yaşayır: Gəlirlər azalır
24 İYUL
104

“Cannes Lions”un təşkilatçıları çətin dövrlər yaşayır: Gəlirlər azalır

2018-07-24 15:30:00

Cannes Lions” festivalının təşkilatçı şirkəti olan “Ascential” gəlirlərin 9% düşməsi haqqında hesabat verib.

Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Ascential” belə bir nəticəni “Publicis Groupe”un iştirakçılar arasından müvəqqəti çıxışı və “Cannes Lions” festivalının yenidən restrukturizasiyası ilə əlaqələndirib. “Ascential” şirkətinin maliyyə hesabatına görə, 2018-ci ilin birinci yarım illiyində “Cannes Lions” festivalı şirkətə 57,3 milyon funt sterlinq (və ya 75,11 milyon dollar, £1 = $1,31 məzənnəsi ilə hesabladıqda) gətirib bu göstərici isə ötən ilin analoji dövrü ilə müqayisədə 9% az nəticə deməkdir. Hesabatda qeyd olunur ki, festivaldan gəlirlərin əhəmiyyətli hissəsi (39%) məhz iştirakçılardan gələn gəlirlər təşkil edir. Bu isə bu il cəmi 21% azalıb.

Yuxarıda da qeyd etdiyimiz kimi şirkətin gəlirlərinin 39%-i tədbirlərdə iştirak üçün şəxslərin aldıqları biletlərdən gələn gəlirlər təşkil edib. Hesabat qeyd edir ki, bu il nəticələrdə də azalma mövcuddur. Hesabata görə, bu ilin yarım illiyi ərzində üçüncü gəlir mənbələrindən gələn gəlirlərdə artım var. Belə ki, əməkdaşlıq və pullu kontentin yerləşdirməsinə görə, festival 21% gəlir qazanıb. Bu kateqoriya üzrə olan ümumi gəlirlər ötən ilin analoji dövrü ilə müqayisədə 35% və ya 12 milyon funt sterlinq (15,72 milyon dollar) artıb.

Bu kateqoriya üzrə artım isə festivalın rəqəmli məhsullarının inkişafı üçün WARC xidmətinin bu yaxınlarda əldə etməsi bunda əhəmiyyətli rol oynayıb. Əsas kateqoriyalar üzrə gəlirlərdə azalmanın olmasını şirkət yuxarıda da qeyd etdiyimiz kimi “Publicis Groupe” şirkətinin festivalda müvəqqəti imtina etməsi və “Cannes Lions” restrukturizasiyası ilə bağlayıb. Ötən il təşkilatçılar proqramın müddətini 8 gündən 5 günə endirdilər, üç nominasiyadan imtina etdilər (cyber, integrated and promo & activation) və 120 alt kateoqriyaları ləğv etdilər. Bundan başqa, iştirak haqqı 4000 avrodan 900 avroya endirildi. Belə addım ilə təşkilatçı şirkət “Publicis Groupe”u yenidən festivala qaytarmağa və bazarın yüksək iştirak haqqından şikayət edən iştirakçılarını sakitləşdirməyə çalışırdılar.

“Cannes Lions” festivalından sonra isə şirkət direktor Xose Papa ilə yollarını ayırdı.

Onu rəhbərlikdən isə 2018-ci ildə keçirilən festivalda iştirak sayının ildə 20-25% azalması və təqdim edilən işlərin 21% azalaraq 32,4 minə düşməsi ilə əlaqələndirilmişdi. “Ascential” isə Xose Papanın bu cür fəaliyyətindən sonra qərara gəldi ki, “Cannes Lions”a belə direktor lazım deyil. Hazırda Xose Papanın fəaliyyətinə daxil olan işləri “Ascential Events”in icraçı direktoru və “Cannes Lions”un rəhbəri Fil Tomas rəhbərlik edir.

Qeyd edək ki, festival ilə ilə bağlı çətin dövrlər hələ ötən ildən başlayıb. Belə ki, WPP və Dentsu Aegis şirkətləri festival ilə bağlı xərclərini azaltmağa başlamışdı. Bu halda tədbirin gəlirlərini artması iki dəfə azaldı. Artım ötən illə müqayisədə cəmi 7% təşkil etdi (62,9 milyon funt sterlinq). Əvvəlki il isə artım 17% olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253