BİZNES

Azərbaycan beynəlxalq bazara daha bir məhsul çıxaracaq
24 İYUL
219

Azərbaycan beynəlxalq bazara daha bir məhsul çıxaracaq

2018-07-24 13:35:00

Azərbaycan beynəlxalq bazara daha müasir günəş panelləri ixrac etməyə hazırlaşır. Fins.az xəbər verir ki, bunu Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib.

C.Məlikovun sözlərinə görə, artıq müasir günəş panellərinin istehsal olunduğunu nəzərə alsaq, beynəlxalq bazara köhnə tip panelləri tədarük etməyin mənası yoxdur, çünki onları heç kim almayacaq:

"Buna görə də günəş batareyalarının ixracı məsələlərində irəli getmək üçün bizə ilk növbədə yeni texnologiyaları tətbiq etmək, müasir və yüksək effektli günəş panellərinin istehsalını mənimsəmək lazımdır. Yalnız bundan sonra qonşu və digər ölkələrin bazarlarına çıxmaq olar".

Agentliyin sədr müavini qeyd edib ki, hazırda gündəlikdə "Azgüntex" şirkətinin günəş panelləri zavodunun modernləşdirilməsi məsələsi dayanır:

"Bu istiqamətdə işlərin başa çatacağı müddəti demək hələ mümkün deyil. Belə ki, hazırda müqavilələrin müzakirəsi gedir və bu işə tələb olunan məbləğ müəyyən edilir. Texnologiyaların tədarükçüsü ilə razılığa gəlmək, kommersiya şərtlərini müəyyənləşdirmək və bundan çıxış edərək zəruri avadanlığın tədarükünü həyata keçirmək lazımdır".

Bundan əvvəl bildirilirdi ki, istehsalatın modernləşdirilməsi panellərin enerji gücünü 250-dən 330 Vt-a artırmağa imkan verəcək. Bu işlər ilkin olaraq 150-200 min avro məbləğində dəyərləndirilir. Modernləşdirmədən sonra zavodun illik gücü 25-dən 60-65 MVt-a çatacaq.

Xatırladaq ki, "Azgüntex" zavodu 2012-ci ilin aprelindən fəaliyyət göstərir. Burada istehsal olunan günəş panellərinin istismar müddəti 30-40 il təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251