BİZNES

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Kanada və digər ölkələrdən müzakirə üçün gəliblər
23 İYUL
225

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Kanada və digər ölkələrdən müzakirə üçün gəliblər

2018-07-23 15:57:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) ilə birgə “Risklərin İdarə olunması” üzrə beynəlxalq texniki komitənin iclası və işçi qruplarının görüşlərinin keçirilməsinə başlayıb. Tədbirin katibliyini Britaniya Standartlar İnstitutu (BSİ) həyata keçirir.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə və Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev müzakirənin mahiyyətindən danışaraq bildiriblər ki, bu beynəlxalq tədbir Azərbaycanda standartların tətbiqi, keyfiyyətli xidmətlərin göstərilməsi və qeyri neft sektoru üzrə istehsal və ixracın beynəlxalq tələblərə uyğunlaşdırlıması baxımından böyük önəm daşıyır.

Tədbirdə Çin, Yaponiya, ABŞ, Kanada, Malayziya da olmaqla 20-dən artıq ölkədən 40 xarici ekspert, o cümlədən müvafiq sahədə fəaliyyət göstərən şirkət və özəl struktur nümayəndələri iştirak edir. Görüşdə biznes sferasında, idarəetmədə və ictimai mühitdə risklərin qiymətləndirilməsi, onların təsiri, idarə olunması prinsipləri və mexanizmlərinin təhlili, eləcə də hüquqi risklərə dair beynəlxalq standart layihələrinin müzakirəsi aparılıb.

“Risklərin İdarə olunması” üzrə beynəlxalq texniki komitənin iclası və işçi qruplarının görüşlərinin Bakıda keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzunun artırılması, müvafiq sahədə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, yerli mütəxəssislərin beynəlxalq standartların hazırlanması prosesinə cəlb olunması, ümumilikdə milli standartlaşdırma sisteminin inkişafının təşviqi baxımından faydalı olacağı qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259