BİZNES

İctimai iaşə dövriyyəsi 4,8 faiz artıb
23 İYUL
182

İctimai iaşə dövriyyəsi 4,8 faiz artıb

2018-07-23 14:17:00

Yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,8 faiz artaraq 652,3 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 262,8 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259