BİZNES

“1001 dad”dan “jurnalist-aşpaz”lar
22 İYUL
553

“1001 dad”dan “jurnalist-aşpaz”lar

2018-07-22 18:58:00

22 iyul Milli Mətbuat günü ərəfəsində, "WWW.1001dad.com" web saytının təşkilatçılığı və  "360 Marcom" marketinq şirkətinin köməyi ilə şirkətin Live Kitchen studiyasında media nümayəndələri üçün aşpazlıq master-klassı keçirilib.

Master-klass başlamazdan əvvəl aşpaz Tariel Quliyev media nümayəndələrini  Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. Daha sonra aşpazla bərabər jurnalistlər öz bacarıqlarını sınayıblar. Belə ki, jurnalistlər iki növ desert hazırlamalı olublar. Media işçiləri məqalə yazmaqla yanaşı mətbəxdə də bacarıqlarının olduğunu sübut etməyə çalışıblar. 

Aşpaz  Tariel iştirakçılara desertləri seçmək hüququ verərək, sağlam qidalanmanın insan orqanizminə faydasından  və eyni zamanda da bele qidaların çox dadlı olduğu barədə ətraflı məlumat verib. 

İlkin olaraq carçılar yoqurt və qoz-fındıq, quru meyvələrin əlavə edilməsi ilə hazırlanmış yüngül meyvə və giləmeyvə qarışığı ilə desert hazırlamağa çalışıblar. Hazırlanan bu desertin əsas məqsədi, düzgün qidalanma sistemi barədə məlumat vermək olub. 

İkinci olaraq isə Maffin (keks növü)  hazırlanıb. Yemək hazırlanan vaxt aşpaz bişirmə sirrlərini anlatmaqla yanaşı, iştirakçıların suallarını da  cavablandırıb.

Tədbirin sonunda aşpaz, media nümayəndələrini özlərinin hazırladığı desert və kekslərin dadına baxmağa dəvət edib. Mətbuat nümayəndələri, master-klassın nəticələrini müzakirə edə-edə, öz "kulinariya şedevrlərini" bir-biri ilə paylaşıblar. İki saat davam edən tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirərək belə bir tədbirdə yenidən görüşmək istəklərini qeyd ediblər.

Şirkət bununla kifayətlənməyərək, aşpazın iştirakı ilə bu cür master-klassları istəyən hər bir kəs və uşaqlar üçün də təşkil edəcəyini bildirib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255